Maliyyə Nazirliyinin “Akif Çovdarovu” və ya oliqarxlaşmış “Gədəbəy qruplaşması…”

Xəbərin çap versiyası
Tarix: 4-10-2021, 15:18


Samir Şərifov keçmiş MTN şefi Eldar Mahmudovun aqibətini yaşa bilər.

Bu barədə dia.az saytı məlumat yayıb. Sayt iddia edir ki, ümumilikdə nazirlikdəki oliqarxlaşmış məmurların da xaricə uzantıları mövcuddur və hazırda müzakirə mövzusuna çevirilib.

Saytın məlumatına görə, Maliyyə Nazirliyində şəbəkələşmiş qrupun korrupsiya mexanizmi barədə bir müddətdir məlumatlar yayılır. Bu korrupsiya şəbəkəsinin başında isə Samir Şərifovun 1-ci müavini Azər Bayramovun dayandığı iddia olunur. Bildirilir ki, nazir müavini vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir.
Mənbənin bildirdiyinə görə, hakim elitanın bəzi dairələrində Azər Bayramov "Maliyyə Nazirliyinin Çovdarovu” kimi təqdim edilir. Onun sahibkarlara və dövlət müəssisələrinə qarşı münasibəti isə ciddi narazılıqla qarşılanır.

Amma Bayramovun bu işləri Samir Şərifovun göstərişi ilə həyata keçirdiyini iddia edənlər də az deyil: "Bu gün açıq şəkildə "Gədəbəy qruplaşması” və onların himayəsində olan maliyyə məmurlarının hərəkətləri hamını narazı salıb. Çünki məhz bu qrup həmin nazirliklərin dövlət proqrammı çərçivəsində gördükləri işlərin sürətli və keyfiyyətli aparılmasına mane olur. Azər Bayramov açıq şəkildə "haqq” istəyir. Bu isə həmin nazirlik və komitələrin layihələrini təhlükə altına qoyur. Üstəlik, tələb edilən iri məbləğli "faiz” ödənildiyi halda, işlərin keyfiyyəti istər-istəməz aşağı düşür. Açıq şəkildə tender qalibi olan şirkətlərə "1 saylı Xəzinədarlıq idarəsinin 6 (altı) faizini gətirin, hesabınıza pul köçürülsün” deyirlər. Bəli, Azər Bayramovun başında dayandığı şəbəkə bu şəkildə qurulub, rüşvət elə bu mexanizmlə alınır. Qruplaşma isə bu işlərin arxasında nazirin dayandığını deməkdən belə çəkinmir”.

İddia olunur ki, Maliyyə Nazirliyinin dövlət qurumlarını, rayonlarda fəaliyyət göstərən müəssisələrin hər üç ildən bir yoxlamaları zamanı da ciddi korrupsiya hallarına yol verilir. Məsələn, bu yoxlamalar zamanı hər bir müəssisədən ən azından 20-30 min manat "haqq” tələb olunur. Buna da göstərişin Azər Bayramov tərəfindən verdildiyi iddia olunur. Bu yoxlamaların qeyri-şəffaf aparılması ilə bağlı sənədlərə əsaslanan xeyli fakt var. Bu faktların da yaxın günlərdə açıqlanması istisna olunmur. Mənbə iddia edir ki, Maliyyə Nazirliyi də keçmiş MTN-in taleyini yaşaya bilər.

Təbii ki, burada təkcə nazir Samir Şərifov deyil, bu qurumda kök salmış qruplaşmlar və ən əsası nazirliyin "Akif Çovdarovu” kimi ad çıxarmış Azər Bayramov da ciddi şəkildə cəzalandırılacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz