İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəliyi bağlandı - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 5-10-2021, 16:22


İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıda fəaliyyət göstərən ofisi və ofisin yerləşdiyi Hüseyniyyə məscidinin bağlandığı deyilir.

CivilAzerbaijn.com
bildirir ki, bu barədə ölkə mediasına Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

Ehsan Zahidovun sözlərinə görə, təhlillər nəticəsində paytaxtın bir neçə yerində COVID-19 virusuna yoluxanların sayının artdığı müəyyən edilib: "Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

E.Zahidov bildirib ki, 162 nömrəli tam orta məktəblə bağlı da oxşar addım atılıb: "8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub".

Ocaq Necat Azərbaycanda İran Mədəniyyət Mərkəzinin yaradıcısı və ilk sədri olub.

1996-cı ildə isə аyətullah Əhməd Sabiri Həmədanidən sonra o, İranın ali rəhbəri аyətullah Xameneyinin Azərbaycandakı nümayəndəsi təyin edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz