Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnecat Azərbaycanı tərk etdi
Tarix: 7-10-2021, 14:17
İranın ali ruhani lideri, Ayətullah Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnecat Azərbaycanı tərk edib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi oktyabrın 7-də BBC-yə açıqlamasında deyib.
Xameneinin Bakı nümayəndəliyi oktyabrın 5-də qapadılıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov nümayəndəliyinin ofisinin bağlanmasını koronavirus pandemiyası ilə əlaqələndirib.
Toplum TV-nin məlumatına görə, bəzi ekspertlər bu qərarın son dövrlərdə Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsilə əlaqələndirirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər