Əli Kərimlinin mühafizəçisi 13 il azadlıqdan məhrum edilib

Xəbərin çap versiyası
Tarix: 8-10-2021, 15:00


Oktyabrın 8-də Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. O, "terrorizmin maliyyələşdirilməsi"ndə təqsirli bilinib.

CivilAzerbaijan.com
bildirir ki, Niyaməddin Əhmədov son sözündə bütün ittihamları rədd edib, onları əsassız adlandırıb. Müttəhimin doğmaları və yaxınları, eləcə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri zala buraxılmayıblar.Məhkəmə binasının qarşısında olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli jurnalistlərə deyib ki, partiyanın günahsız üzvülə haqq-hesab çəkilməsini pisləyir. O əmin olduğunu bildirib ki, Əhmədov azadlığa buraxılacaq və 13 il barmaqlıqlar arxasında qalmayacaq.

"Hakimiyyət bu cür repressiyalarla cəmiyyətin diqqətini öz cinayətlərindən yayındırmaq istəyir. Hakim ailənin xarici ölkədə qanunsuz olaraq satın aldığı 700 milyon dollar məbləğində mülkiyyət barədə məlumatlar buna son sübutdur", - Kərimli deyib.

Bundan öncə xəbər verildiyi kimi, polis hələ hökm çıxarılmazdan əvvəl altı fəalı saxlayıb. Onları şəhər kənarına aparıblar. Qalanları məhkəmə binasından uzaqlaşdırılıb.

Xatırladaq ki, Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin mühafizəçisidir. Bu il aprelin 16-da karantin rejimini pozmaqda və polisə müqavimət göstərməkdə ittiham olunaraq 30 sutka həbs edilib. Sonradan ona qarşı terrorizmin maliyyələşdirilməsi kimi absurd ittiham irəli sürülüb. Səbəb olaraq xaricdən pul alması göstərilib.

Həbsdə olan Əhmədov ondan partiya liderinə qarşı ifadə almaq üçün işgəncələrə məruz qalıb. Buna nail olmayan müstəntiqlər həbsdən 8 ay sonra ona ailə üzvləri ilə telefonla danışmağa imkan verməyiblər.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.

Turanın məlumatında qeyd olunur ki, müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya verəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz