İran Xarici İşlər nazirinin Azərbaycana təşəkkürü və xahişi

Xəbərin çap versiyası
Tarix: 24-10-2021, 13:49


Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında oktyabrın 23-də telefon danışığı olub.

CivilAzerbaijan.com
bildirir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Abdollahian iki iranlı sürücünün Azərbaycan tərəfi tərəfindən azad edilməsinə görə Bayramova təşəkkür edib. İranlı nazir həmçinin “... İran yük maşınlarının Azərbaycanla həmsərhəd rayonlarda hərəkətini asanlaşdırmağa çağırıb”.

Habelə, nazirlər ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıblar.

Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar.

Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz