Əliyev və Erdoğanın görüşündə Azərbaycan-İran münasibətlərinin MÜZAKİRƏSİ

Xəbərin çap versiyası
Tarix: 27-10-2021, 15:35


Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Recep Tayyip Erdoğan Zəngilandakı görüşlərində Bakı və Tehran arasında son vaxtlar yaranmış gərginliyi müzakirə ediblər.

Civilazerbaijan.com
bildirir ki, Erdoğan Türkiyəyə qayıtdıqdan sonra jurnalistlərlə söhbətində söyləyib ki, Azərbaycan prezidenti bu məsələdə prinsipial və qətiyyətli mövqe tutur.

"Biz İlham Əliyevlə bu məsələni müzakirə etdik. Azərbaycan prezidenti qətiyyətli mövqeyindən geri çəkilmir. O qeyd edib ki, İsraillə münasibətlər Azərbaycanın digər ölkələrlə əlaqələrindən fərqli deyil və bundan sonra da belə olacaq. Ölkələr qərarların qəbulu mexanizmi məsələsində bir-birinə təzyiq göstərmək hüququna malik deyillər", deyə Erdoğan bildirib.

O, "Tehranın sağlam düşüncə ilə hərəkət edəcəyinə və İran və Azərbaycan arasında problem olmayacağına" ümid etdiyini bildirib, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz