Zəfər Günü ərəfəsində Azərbaycanda amnistiya elan olunacaqmı?

Xəbərin çap versiyası
Tarix: 30-10-2021, 13:11


Zəfər Günü - 8 noyabr ərəfəsində Azərbaycanda Amnistiya Aktının qəbul ediləcəyi gözlənilir. Amnistiyanın təşəbbüskarı birinci vitse-prezident Mehriban Əliyeva olacaq.

Civilazerbayan.com
bildirir ki, son günlər yerli KİV-lərdə bu barədə geniş məlumat yayılır, amma rəsmi qurumlar məlumatı nə təsdiq, nə də təkzib edir.

Lakin Turan agentliyinə hökumətə yaxın mənbələrdən daxil olan məlumata görə, Azərbaycanın hüquq-mühafizə orqanlarında Aministiya layihəsinə hazırlıq, xüsusən CM-in məhbusların cəzadan azad edilməsi nəzərdə tutulan maddələrinin müəyyən edilməsinə başlanıb.

Azərbaycan Konstitusiyasına əsasən, Amnistiya Aktı ölkə parlamenti tərəfindən qəbul edilir.

Azərbaycanda müstəqillik illəri ərzində 12 amnistiya olub.

Sonuncu dəfə ölkdə 2016-cı ilin mayında həmin vaxt parlamentin deputatı olan Azərbaycan prezidentinin həyat yoldaşı Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı qəbul edilib.

Həmin vaxt amnistiya 10 min nəfəri əhatə edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz