Cavanşir Feyziyevin adı beynəlxalq korrupsiya skandalında: Britaniyada 20.5 milyona həbs qoyulur

Xəbərin çap versiyası
Tarix: 2-11-2021, 13:42


Londonda Azərbaycandan köçürülmüş 20.5 milyon dollara həbs qoyula bilər.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) məlumat yayıb.

Bildirilir ki, pullar Milli Məclisin deputatı, dərman monopolisti kimi tanınan Cavanşir Feyziyevin həyat yoldaşı Parvana Feyziyevanın (7,86 milyon f.s.), oğlu Orxan Cavanşirin (6,4 milyon f.s.) və yaxın qohumu Elman Cavanşirin adına olan bank hesablarındadır.

Məlumta görə, Böyük Britaniyanın Milli Cinayət Agentliyi 15 milyon funt sterlinq məbləğində pulun üzərinə həbs qoyulması üçün vəsatət qaldırıb və məsələ məhkəmədə həllini gözləyir.

Milli Cinayət Agentliyi hesab edir ki, bu pullar Britaniyaya saxta sənədlər əsasında, "Azərbaycan laundromatı" mexanizmi ilə köçürülüb. Britaniya Milli Cinayət Agentliyi bildirib ki, bu vəsaitin mənbəyi böyük bir ehtimalla “korrupsiya, oğurluq, fırıldaq və çirkli pulların yuyulmasıdır”. Məlumatda deyilir ki, Feyziyev deputatdır və prezident İlham Əliyevin yaxın çevrəsinə daxildir.

OCCRP yazır ki, Feyziyevin Azərbaycanın Avropa İttifaqında apardığı lobbiçilik fəaliyyətində rolu olub.

Cavanşir Feyziyev Azərbaycanda ən böyük dərman monopolisti və hakim ailənin dərman biznesinin əsas idarə edənlərindən biri kimi tanınır.

Məqalədə qeyd edilir ki, Feyziyev tərəfindən yaradılmış iki dərman şirkətinə "Azərbaycan laundarmartı"ndan 138 milyon dollar pul köçürülüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz