Azərbaycan Xarici İşlər Nazirliyindən Nikol Paşinyana CAVAB

Xəbərin çap versiyası
Tarix: 15-11-2021, 18:19


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş nazir Nikol Paşinyanın çıxışına münasibət bildirib.

Civilazerbaijan.com
bildirir ki, XİN-dən verilən məlumata görə, L. Abdullayeva açıqlamasında qeyd edib ki, son vaxtlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür.

"İlk növbədə qeyd etmək istərdik ki, bu yaxınlarda Ermənistan tərəfindən baş vermiş təxribatlara cavab olaraq Azərbaycan müvafiq tədbirlər görür. Belə ki, ötən həftə, noyabrın 9-da Ermənistan Silahlı Qüvvələrinin 60-a yaxın hərbi qulluqçusu Laçın rayonu Qaragöl istiqamətində Azərbaycan ordusunun mövqelərinə gedən yolda cəmləşib. Noyabrın 13-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Noyabrın 14-də erməni silahlı birləşmələri yeni təxribat hazırlamaq məqsədilə Laçın rayonu istiqamətində iki ölkənin sərhədində yerləşiblər. Azərbaycan hərbçiləri bütün hallarda müvafiq cavab tədbirləri görüblər", - Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, Azərbaycan hərbçiləri ölkənin suveren ərazilərində öz vəzifələrini yerinə yetirirlər.

"Hazırkı gərginliyə görə əsas məsuliyyət bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - diplomat vurğulayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz