Deputat Zahid Orucdan Saleh Rüstəmliylə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 29-11-2021, 16:15


"Saleh Rüstəmli ilə bağlı müxtəlif təşkilatlardan, 3-cü sektor təsmilçilərindən müraciətlər almışıq".

Civilazerbaijan.com
bildirir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc Saleh Rüstəmlinin aclıq etməsini Turan-a şərh edərkən söyləyib.

O hesab edir ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanı tənqid etmək məqsədilə bu aclıq aksiyası "siyasi kampaniya", "amnistiya aktını nüfuzdan salmaq cəhdi"nə çevrilib.

"Əvvəlcə müvafiq dövlət qurumları ilə müzakirələr aparmaq olardı ki, onun əməlləri dövlətə və şəxsiyyətə qarşı yönəlməyib. Komitə sədri kimi deyə bilərəm ki, bizə daxil olan müraciətlərlə əlaqədar belə müzakirələr aparacağıq.

Bizim üçün əsas olan fərdi məsələni ölkə hüdudlarından kənara çıxarmamaqdır, onu xarici təzyiq silahına çevirməməkdir", - Oruc deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz