Sərhəd Qoşunlarının helikopteri qəzaya uğrayıb: həlak olanlar və yaralananlar var

Xəbərin çap versiyası
Tarix: 30-11-2021, 13:10


"Bu gün saat 10:40-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb".

Civilazerbaijan.com
bildirir ki, bu sözlər Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

"Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir", - məlumatda bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz