Deputatın qardaşı oğlu dövlət müəssisəsini 31 milyona özəlləşdirdi - FOTO

Xəbərin çap versiyası
Tarix: 30-11-2021, 18:33


Azərbaycanın ən böyük dövlət müəssisələrindən biri -"Azərtütün" ASC özəlləşdirilib.

Civilazerbaijan.com
bildirir ki, "Azərtütün"ün 85%-i "Tabaterra Leaf” QSC tərəfindən satın alınıb.

“Tabaterra Leaf” QSC özəlləşdirməyə ümumilikdə 31 milyon manat xərcləyəcək. Bu məqamda təbii bir sual yaranır: bəs, “Tabaterra Leaf” QSC-nin sahibi kimdir?

“Tabaterra Leaf” QSC-nin sahibinin kim olduğu bilinmir. Amma şirkətin rəhbəri Elman Bəşir oğlu Cavanşirdir. Elman Bəşir oğlu Cavanşir həm də ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra” QSC-nin rəhbəridir.



Ən önəmlisi isə Elman Bəşir oğlu Cavanşir deputat Cavanşir Feyziyevin qardaşı oğludur.

Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşını, oğlunu və qardaşı oğlunu "çirkli pul"ların yuyulmasında ittiham etmişdi. Bildirilirdi ki, deputatın yaxınlarına məxsus bank hesablarında olan 15 milyon funt-sterlinq (34,7 milyon manat) "çirkli pul" hesab edildiyi üçün müsadirə olunacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz