Rüstəm İsmayılbəylinin 30 sutka həbs edilməsinin gizli səbəbi nədir?

Xəbərin çap versiyası
Tarix: 3-12-2021, 16:22


"Rüstəm İsmayılbəylinin 30 sutka inzibati həbsilə bağlı Səbayel Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək".

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-a vəkil Zibeydə Sadıqova məlumat verib.

O qeyd edib ki, fəala qarşı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (karantin rejiminin pozulması) maddəsi üzrə inzibati iş tamamilə qanunsuz və uydurmadır.

Onun sözlərinə görə, Saleh Rüstəmlinin müdafiəsi ilə bağlı aksiya başa çatdıqdan sonra İsmayılbəyli dekabrın 1-də Fəvvarələr Meydanında saxlanılıb.

Polisin raportunda göstərilib ki, İsmayılbəyli saat 15:10-da saxlanılıb. Ancaq o, universitetdən 15:40-da çıxıb (şahidlər bunu təsdiqləyir) və saat beşdə aksiya yerinə gəlib.

Bundan başqa jurnalistlərdə fəalın saxlandığı real vaxtın göstərildiyi videoqeydlər var.

Polis İsmayılbəylinin sosial məsafəni pozduğunu iddia edir. Lakin videoda görünür ki, 4-5 polis onu tutub dustaq maşınına tərəf aparır. "Sosial məsafə pozucusunu" bu şəkildə saxlamırlar. Əgər sosial məsafə pozulubsa, niyə digər "iştirakçılar" da saxlanılmayıb?

Vəkil fəala 211.1-ci maddə ilə maksimum cəzanın təyin edilməsini təsadüfi hesab etmir. "Bu, çox sərt cəzadır. İki il öncə onu Təhsil Nazirliyinin qarşısında etiraz aksiyasının təşkilinə görə həbs etmişdilər və 15 sutka cəza vermişdilər, indi isə 30 sutka veriblər", - vəkil qeyd edib. Fəalın yaxınları əmindirlər ki, bunu qəsdən ediblər ki, onun ali məktəbi bitirməsinə imkan verilməsin. Bu, tədrisin son ayıdır və 30 sutka həbs o deməkdir ki, imtahanları verə bilməyəcək, diplom ala bilməyəcək və bir il yarım müddətinə orduya aparılacaq. Bu, gənci ictimai fəaliyyətdən mümkün qədər daha çox təcrid etmək üçün edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz