Xocavənddə Azərbaycan hərbçisinə hücum olub - RƏSMİ
Tarix: 3-12-2021, 16:52
"Bu gün saat 13.00-a yaxın Xocavənd rayonunda mövqelərdən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçu erməni tərəfindən hücuma məruz qalıb".
Civilazerbaijan.com bildirir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, o, azərbaycanlı hərbçinin silahını ələ keçirməyə çalışıb. Azərbaycanlı hərbçi xəbərdarlıq atəşindən sonra özünümüdafiə məqsədilə hücum edəni “zərərsizləşdirib”.
Hadisə barədə Rusiya sülhməramlıları kontingentinə və Rusiya-Türkiyə Monitorinq Mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Erməni tərəfi hələlik belə insident barədə məlumat yaymayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər