İlham Əliyev - Laçın dəhlizində gömrük postu açıla bilər

Xəbərin çap versiyası
Tarix: 14-12-2021, 19:53


Bu gün - 14 dekabr tarixində Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Civilazerbaijan.com
bildirir ki, görüşündən sonra mətbuat konfransı keçirilib.

Stoltenberq qeyd edib ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik hamı üçün vacibdir.

“Azərbaycan Əfqanıstandakı missiyamıza, xüsusilə, Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsi məsələsinə mühüm töhfə verib», o deyib.

Bundan başqa NATO-nun Baş katibi Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. Onun sözlərinə görə hər iki ölkə NATO üçün dəyərli tərəfdaşdır.

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”.

Öz növbəsində İlham Əliyev Azərbaycan ordusunun koalisiya qüvvələri çərçivəsində Əfqanıstanı sonuncu tərk edənlərdən biri olduğunu xatırladıb. Habelə Əliyev Azərbaycanın NATO-nun hərbi təlimlərində fəal iştirak etdiyini vurğulayıb.

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır” deyə o, qeyd edib.

İlham Əliyev Azərbaycan-Ermənistan məsələsinə də toxunub.

"Azərbaycan sülhə sadiqdir. Biz fəal dialoq qurmağa və yenidən qonşu olmağı öyrənməyə hazırıq", - deyən o bildirib və qeyd edib ki, Ermənistan xoşməramlı olarsa, Azərbaycan sülh sazişi üzərində işə başlamağa hazırdır.

“Təbii ki, Ermənistan da eyni şəraiti yaratmalı, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında əlaqəni təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq”, - dövlət başçısı bildirib.

Turanın məlumatına görə, bundan əlavə prezidnet qeyd edib ki, Azərbaycan NATO-ya üzv olan dörd ölkə üçün etibarlı təbii qaz təchizatçısıdır və onların sayı arta bilər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz