Azərbaycan "Şərq Tərəfdaşlığı" bəyannaməsinin Belarusu tənqid edən bəndinə imza atmayıb

Xəbərin çap versiyası
Tarix: 16-12-2021, 12:30


Dekabrın 15-də Brüsseldə VI "Şərq Tərəfdaşlığı" sammiti keçirilib.

CivilAzerbaijan.com
bildirir ki, sonda sammitin yekunlarına görə birgə bəyannamə qəbul edilib.

Bəyannamədə Şərq Tərəfdaşlığı layihəsinin hazırki vəziyyətinə qiymət verilir və onun gələcək strategiyası müəyyən edilir.

Bu zaman Azərbaycan sammitin bəyannaməsinin Belarusda daxili siyasi vəziyyət haqqında 11-ci paraqrafına qoşulmayıb.

Eyni zamanda, Azərbaycan münaqişələrin təsirinə məruz qalan regionlarda əməliyyatlar haqqında 8-ci paraqrafına düzəliş edib. Azərbaycanın düzəlişi belədir: "Azərbaycan Respublikasının müvafiq sorğusu olmadan və onunla razılaşdırılmadan"

Qeyd edək ki, Avropa İttifaqı ilə rəsmi Minsk arasında münasibətlər ötən il Belarusda keçirilən prezident seçkilərindən sonra pisləşib. Seçkilərdən dərhal sonra baş qaldıran etirazlar yatırılıb, çox sayda siyasətçi, müxalif fəal və jurnalist həbs olunub. Prezident Aleksandr Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya seçkilərdə saxtakarlıq edildiyini və səsvermənin şəffaf keçmədiyini bəyan edib. Etirazlar yatırılandan sonra Tixanovskaya bir çox silahdaşlarıyla birgə ölkəsindən mühacirət edib.

Bir çox Avropa ölkələri Aleksadr Lukaşenkonu Belarusun qanuni prezidenti kimi tanımaqdan imtina ediblər. Rəsmi Minskə qarşı sanksiyalar tətbiq olunub. Aleksandr Lukaşenko isə Avropa İttifaqını ölkəsinin daxili işlərinə qarışmaqda, müxalifəti isə dövlət çevrilişinə cəhddə ittiham edib. Hazırda Avropa İttifaqı ilə Belarus münasibələtləri gərgin olaraq qalır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz