Media haqqında qalmaqallı qanun layihəsi ikinci oxunuşda da qəbul edilib

Xəbərin çap versiyası
Tarix: 20-12-2021, 19:12


Milli Məclis dekabrın 20-də plenar iclasında "Media haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.

CivilAzerbaijan.com
bildirir ki, Müzakirələr zamanı deputatlar ekspertlərin və KİV nümayəndələrinin bu qanun layihəsi haqqında çoxsaylı tənqidinə məhəl qoymayıblar. Turanın məlumatında qeyd olunur ki, daha sonra sənəd səsverməyə çıxarılıb və ikinci oxunuşda da qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisi jurnalist və ekspertlərin ciddi tənqidinə səbəb olan “Media haqqında” qanun layihəsini dekabrın 14-də birinci oxunuşda qəbul edib. “Media haqqında” qanun layihəsi dövlət tərəfindən bu il qapalı rejimdə hazırlanıb. Dekabrın 14-də parlamentdə sənədin müzakirələrində əsasən hakimiyyətin maraqlarını təmsil edən 70-ə yaxın KİV rəhbəri və deputat iştirak edib.

Qanun layihəsi jurnalistlərin bir hissəsinin kəskin tənqidinə səbəb olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz