Qiyas İbrahimov Prezident Administrasiyası qarşısında özünü yandırmağa cəhd edib - FOTO

Xəbərin çap versiyası
Tarix: 8-01-2022, 13:07


Dekabrın 7-də keçmiş "heykəl məhbusu" Qiyas İbrahimov Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə cəhd edib.

CivilAzerbaijan.com
bildirir ki, o, Avropa Məhkəməsinin qərarı ilə ona çatacaq kompensasiyasının verilməməsinə etiraz etdiyini bildirib.

Q.İbrahimov üzərinə benzin tökərək əlində alışqanı tutub. Prezident Administrasiyasının mühafizə xidməti və polis əməkdaşları onun əlindən kanistri alaraq, özünü saxlayıb.

Ərazidə olan jurnalistlərə qarşı təzyiq göstərildiyi bildirilir.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan-a məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Xatırladaq ki, Qiyas İbrahimov 2016-cı ilin mayında digər fəal, mərhum Bayram Məmmədovla birlikdə Heydər Əliyevin abidəsi üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdi. Onlar hər ikisi qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan AİHM onların həbsinin qanunsuz olduğu barədə qərar çıxarıb. 2019-cu ilin martında hər iki fəal əvf olunub.

***
Qiyas İbrahimov 9-cu Polis Bölməsindən çıxarılaraq Nizami Rayon Polis İdarəsinə aparılıb. Bir müddət sonra sərbəst buraxılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz