Tofiq Yaqublunun işgəncə şikayəti ilə bağlı QƏRAR
Tarix: 12-01-2022, 16:42
Səbayel Rayon Prokurorluğu Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun döyülməsi faktı üzrə cinayət işinin başlanmasından imtina edib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə Turan-a Yaqublu özü məlumat verib. Onun sözlərinə görə, yanvarın 11-də prokurorluq onun vəkilinə məktub göndərib, orada deyilir ki, "bu fakt üzrə cinayət işinin başlanmasına əsas yoxdur".
Vəkil Nemət Kərimli prokurorluğun imtinasını "absurd" adlandırıb.
Onun sözlərinə görə, prokurorluq öz qərarını Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi - “cinayət hadisəsinin olmaması” ilə əsaslandırır”, - vəkil deyib.
"Bu tamamilə absurddur. "Cinayət hadisəsi" açıq - aydın görünür: Tofiq Yaqublu onlarla adamın və jurnalistlərin gözü qarşısında polis tərəfindən saxlanılıb, bir neçə saatdan sonra isə üzündə ciddi xəsarətlərlə ictimaiyyət qarşısına çıxıb", - vəkil deyib.
Bu, tibbi ekspertiza tərəfindən təsdiq edilib: "Əgər həkimlər yazsaydılar ki, Yaqublunun döyülməsinə "sübut tapmayıblar, bu, başqa məsələdir”. O qeyd edib ki, müdafiə tərəfi prokurorluğun qərarından məhkəməyə şikayət edəcək.
Xatırladaq ki, Yaqublu dekabrın 1-də Bakıda keçirilən etiraz aksiyası zamanı saxlanılıb və amansızcasına döyülüb. Onu axşama qədər saxlayaraq döyüblər.
Yaqublu Səbayel Rayon Prokurorluğuna şikayət verib və dekabrın 3-də 4,5 saat ərzində ifadə verib, bundan sonra onu tibbi ekspertizaya göndəriblər.
Tofiq Yaqublunun sözlərinə görə, onu Səbayel rayon 39-cu polis bölməsində döyüblər, sonra şəhərdən çıxarıblar və Bakıdan 72 kilometr qərbdə maşından endiriblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər