Avropa İttifaqının nümayəndələri Ermənistan və Azərbaycana səfər edəcək
Tarix: 20-01-2022, 15:38
"Yaxın vaxtlarda Avropa İttifaqının nümayəndə heyəti Azərbaycan və Ermənistana səfər edəcək".
CivilAzerbaijan.com bildirir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Toivo Klaar öz Tvitter hesabında yazıb.
Qeyd edək ki, nümayəndə heyətində Fransadan İzabel Dümon da təmsil olunacaq.
"Brüssel görüşlərinin davamı olaraq Azərbaycan və Ermənistan rəhbərliyilə məzmunlu danışıqlar gözləyirik", - Toivo Klaar qeyd edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər