Fəxrəddin Həsənzadə Rəsulzadə haqqındakı filmlə əlaqədar AzTV-dən istefa verib
Tarix: 31-01-2022, 18:31
"Yüz İlin Sirləri" proqramının layihə rəhbəri Fəxrəddin Həsənzadə Məmməd Əmin Rəsulzadə ilə bağlı hazırladığı film efirə getmədiyi üçün AzTV ilə yolunun ayrıldığını bildirib. Onun hazırladığı filmin yanvarın 30-da saat 22-də efirə gedəcəyi ilə bağlı AzTV reklam da yayıb. Lakin film efirə buraxılmayıb.
CivilAzerbaijan.com bildirir ki, Fəxrəddin Həsənzadə facebook səhifəsində bunları yazıb:
"Əziz dostlarım, AzTV -də yayımlanan "Yüz İlin Sirləri" proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim. Kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabım və dəlillərim var. Amma dostlarım bilir, mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Mənim sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan Azərbaycanlıları ətraflı tanıtmaq.
Müsahibələrdə vaxtını aldığım dəyərli elm adamları və varislər haqlarını halal etsinlər. Yaranan duruma görə tamaşaçılarımızdan üzr istəyirəm".
Turanın məlumatına görə, öz növbəsində AzTV bu mövzuda filmin efirdə yayımlanacağı ilə bağlı anaons verilmədiyini bildirirb. Bir halda ki, sosial şəbəkələrdə verilişin anaonsu barədə video yayılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər