Ermənilərin Laçın şəhərini tərk edə biləcəyi haqqında MƏLUMAT - FOTO

Xəbərin çap versiyası
Tarix: 2-02-2022, 18:01


Fevralın 1-də ermənilərə məxsus teleqram kanallarında Laçın dəhlizinin yeni marşrutu haqqında maraqlı məlumat yayılıb. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ermənilərin tezliklə Laçın şəhərini tərk etməli olması ilə bağlıdır. Bu, o deməkdir ki, onlar artıq dəhlizin şəhərdən keçən bu hissəsindən istifadə edə bilməyəcəklər.

CivilAzerbaijan.com
Turana istinadla bildirir ki, Qarabağı Ermənistanla birləşdirəcək yeni yol-dəhliz Kərkicahandan (Xankəndi ətrafında) Qaybalı, Zarıslı və Turşsu kəndlərindən keçməklə çəkiləcək.

Daha sonra yol Laçın şəhərindən yan keçməklə, Kirov, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərindən keçəcək və Ermənistanın Kornidzor qəsəbəsinə çıxacaq.

Qarabağdakı erməni mənbələri bunun ermənilərin tezliklə Laçını tərk etməsi ilə bağlı olduğunu təsdiq edirlər.

Xəritəyə baxdıqda yolun iki yeni hissəsinin tikiləcəyi görünür. Amma hazırki yolun təqribən yarısından da istifadə olunacaq. Əgər belədirsə, bu hissələrdə ermənilər və azərbaycanlılar üz-üzə gələcək. İstənilən halda, ermənilər üçün yol uzanacaq.

Bundan başqa, Laçın yaxınlığında yeni və köhnə yollar kəsişməli olacaq.



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz