Bakıda polislərin keçirdiyi əməliyyatda bir nəfər öldürülüb

Xəbərin çap versiyası
Tarix: 14-02-2022, 16:02


Fevralın 13-də günorta saat 12 radələrində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı 28 yaşlı Aydın Babayev öldürülüb.

CivilAzerbaijan.com
bildirir ki, Baş Prokurorluğun bu barədə yaydığı məlumatda iddia olunur ki, Aydın Babayev saxlanılarkən silahlı müqavimət göstərməyə cəhd edib, qumbara ilə özünü və polisləri partladacağını bildirib. Bu üzdən polis əməkdaşları onu öldürərək zərərsizləşdirib.

1994-cü il təvəllüdlü Aydın Babayevin hansı səbəbdən saxlanmasına gəlincə, məlumatda bildirilir ki, bir gün öncə – fevralın 12-də axşam saat 17 radələrində o, tanışını döyəndən sonra bıçaqla özünə xəsarət yetirib. Bu hadisə ilə əlaqədar onu polis bölməsinə aparmaq üçün evlərinə gələn Çevik Polis Alayının serjantları – 32 yaşlı Eldəniz Məmmədov və 30 yaşlı Coşqun Məmmədlini mətbəx bıçağı ilə bıçaqlayıb. Həmin vaxt hadisə yerindən qaçdığına görə onun tutulması üçün fevralın 13-də əməliyyat keçirilib və bu zaman öldürülüb.

Prokurorluğun məlumatında iddia olunur ki, Aydın Babayevin meyitinə və hadisə yerinə baxış keçirilərkən ondan silah, narkotik tapılıb:

“Aydın Babayevin meyitinin yanından sonuncuya məxsus “LLama cal 32” markalı tapança və “F-1” markalı fitili ilə birlikdə qumbara, əynində olmuş şortikin sağ yan cibindən narkotikə bənzər bir bükümdə maddə, evin içərisində 1 ədəd, evin həyətindən 3 ədəd giliz aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb”.

Meydan TV-nin məlumatına görə, bu iş üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz