Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov niyə həbs olunub? - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 15-02-2022, 15:12


Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

CivilAzerbaijan.com
bildirir ki, E.Əmirov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel”) əməkdaşları tərəfindən tutulub. Onun barəsində çoxsaylı şikayətlər olub.

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.

Baku.TV-nin əldə etdiyi məlumata görə, Eldar Əmirov iddia edildiyi kimi heç də Ramiz Mehdiyevin baldızı oğlu deyil. Onun akademiklə heç bir qohumluq əlaqəsi yoxdur. Bu faktı onun ailəsinə yaxın mənbələr də təsdiqləyib.

Qeyd edək ki, Ramiz Mehdiyev ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postundan istefa verdiyini bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz