Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak alıb - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 15-02-2022, 18:10


"Azərbaycan vətəndaşları Ermənistanda ən azı altı daşınmaz əmlaka sahibdirlər".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə çərşənbə axşamı ölkənin Kadastr Komitəsi “Sputnik Armenia”nın sorğusuna cavab olaraq məlumat verib.

"2010-2021-ci illərdə Ermənistanda daşınmaz əmlak hüququnun qeydiyyatı üzrə Türkiyə vətəndaşları tərəfindən ümumilikdə 71, Azərbaycan vətəndaşları tərəfindən 6 əqd bağlanıb", - məlumatda bildirilir.

Komitənin məlumatına görə, 2012, 2018 və 2019-cu illərdə Azərbaycan vətəndaşları mənzillər alıblar. Daha bir mənzil hədiyyə edilib (2012-ci il). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt alınıb.

Qeyd edək ki, söhbət Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir, onların etnik mənsubiyyətindən yox, “Sputnik Armenia” dəqiqləşdirir.

Görünür, onlar Azərbaycandan olan ermənilərdir. Bu, Türkiyə vətəndaşları olan etnik ermənilərə də aiddir. Göstərilən müddətdə onlar Ermənistanda 53 mənzil alıblar, 1 mənzil hədiyyə edilib, 1-i dəyişdirilib. Bundan əlavə, onlar 5 fərdi ev, 1 qaraj, 7 ictimai əhəmiyyətli obyekt, 3 torpaq sahəsi alıblar.

Turanın məlumatında qeyd olunur ki, ən çox alış 2016 (8), 2017 (14), 2019 (18) və 2021-ci (8) illərdə olub.

Türkiyədə və Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslər həmin dövrdə Ermənistanın daşınmaz əmlak sahəsində sövdələşmələr etməyiblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz