Azərbaycan ailəsi Ukraynada Rusiya aviasiyasının zərbəsindən həlak olub

Xəbərin çap versiyası
Tarix: 26-02-2022, 15:04


Rusiya aviasiyasının 25 fevralda endirdiyi zərbə nəticəsində Azərbaycanın Cəbrayıl rayonundan olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və uşaqları Xersonda dünyasını dəyişib.

CivilAzerbaijan.com
bildirir ki, Q. Fərzəliyev hadisə vaxtı orada olmayıb.

Onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.

Nəticədəı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.

Ukraynanın Azərbaycan diasporu dərin hüznlə başsağlığı verir və bütün dünyanı susmamağa çağırır:

«Rusiyanın hərbi təcavüzü çoxmillətli ölkəmizdə yaşayan bütün xalqlara kədər və ölüm gətirir».


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz