Rusiya sülhməramlılarının bir hissəsi Qarabağı tərk edib

Xəbərin çap versiyası
Tarix: 9-03-2022, 19:24


Qarabağda yerləşən Rusiya Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin bir hissəsi bu zonanı tərk edib.

CivilAzerbaijan.com
Turan İnformasiya Agentliyinə istinadla bildirir ki, sosial şəbəkələrdə yerləşdirilmiş videokadrlarda görünür ki, əsgərlərin olduğu yük maşınları Şuşa şəhərinin yanından Ermənistan istiqamətinə keçir.

Qeyri-rəsmi məlumatlara görə, rusiyalı hərbçilər Ukraynaya aparılır, belə ki, Rusiya qoşunları orada ağır itkilər verib.

Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin qismən çıxarılması barədə məlumat vermir. Azərbaycan Müdafiə Nazirliyi vəziyyəti şərh etmir.

Xatırladaq ki, Qarabağda zirehli transportyorlar və digər texnika ilə təchiz edilmiş 1960 sülhməramlı yerləşdirilmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz