Avropa İttifaqı Şurasının sədri Şarl Mişel İlham Əliyevə zəng edib - SƏBƏB
Tarix: 14-03-2022, 18:48
Martın 14-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon söhbəti olub.
CivilAzerbaijan.com bildirir ki, bu barədə cənab Şarl Mişel Tvitter hesabında məlumat verib.
"Bu gün Azərbaycan prezidenti ilə Ukraynada vəziyyətin inkişafını, regional təhlükəsizliyi və bu müharibənin Cənubi Qafqaza təsirini müzakirə etdik.
Ötən həftə Nikol Paşinyanla görüşdə də bu məsələləri müzakirə etmişdim.
Avropa İttifaqı sabit, dinc və firəvan Cənubi Qafqazı dəstəkləməyə davam edəcək", deyə Mişel Tvitter-dəki hesabında yazıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər