Rusiyalı deputat Mixail Delyaqinin Bakını bombalamaq çağırışına Kremlin REAKSİYASI

Xəbərin çap versiyası
Tarix: 29-03-2022, 17:18


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Dumasının deputatı Mixail Delyaqini öz şəxsi emosiyalarına nəzarət etməyə və Azərbaycanın ünvanına dost olmayan bəyanatlarla çıxış etməməyə çağırıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Bu, şəxsi emosiyalar müstəvisində olan bəyanatdır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də tərəfdaşlarımızla münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir", - Peskov Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Azərbaycanın neft infrastrukturuna zərbələrin endirilməsinin mümkünlüyü ilə bağlı deputatın bəyanatını şərh edərkən deyib.

Habelə, Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına münasibət bildirib.

Nazirlik bununla bağlı xüsusi açıqlama yayıb.

"Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir”, - XİN-dən bildirilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz