"Oliverin evi" Azərbaycanda
Tarix: 23-04-2022, 15:05
Oxucuların böyük marağına səbəb olacaq daha bir kitab “Mücrü” nəşriyyatında çap olunub. Nəşriyyatın “Proza” seriyasından nəfis şəkildə yayımladığı kitab “Oliverin evi” adlanır.
Civilazerbaijan.com bildirir ki, kitabın müəllifi uzun ullərdir İsveçdə yaşayan yazıçı-publisist Şəlalə Əbildir. Kitabda müəllifin son illərdə qələmə aldığı hekayələr və real hadisələrdən bəhs edən “Başıma gələnlər" silsiləsindən olan bədii-publisistik yazılar yer alıb.
İlk dəfə bu kitabda işıq üzü görən "Gilavar", "Oliverin evi" hekayələri ilə yanaşı "Dostum ərik ağacı", ""Həsir şlyapa", "Gilavar", " Balıqlara yazılan məktublar", "Naser" və s. maraqlı bədii mətnlər oxuculara təqdim olunur.
"Oliverin evi" Şəlalə Əbilin oxucularla ikinci görüşüdür. Bundan əvvəl isə onun "Teorem" hekayələr toplusu nəşr olunub və oxucular və bədii cameə tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, kitabın redaktoru yazıçı-dramaturq Samir Sədaqətoğludur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər