Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan neçəncidir? - BEYNƏLXALQ HESABAT

Xəbərin çap versiyası
Tarix: 3-05-2022, 17:10


Mayın 3-də - Beynəlxalq Mətbuat Azadlığı Günündə "Sərhədsiz Reportyorlar" (RSF) ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksini dərc edib. Bu araşdırma dünyada mətbuat sahəsində gedən ümumi prosesləri, həmçinin hər bir ölkədəki vəziyyəti əks etdirir.

Civilazerbaijan.com
bildirir ki, RSF-nin İndeksinin sayca 20-ci buraxılışında 180 ölkə və regionda jurnalistika fəaliyyətinin həyata keçirildiyi şərait qiymətləndirilir, informasiya sahəsində ciddi problemlər olduğu, nizamlamanın zəiflədiyi və dezinformasiya kanallarının geniş yayıldığı, buna sosial şəbəkələrin də şərait yaratdığı qeyd edilir.

Beynəlxalq səviyyədə demokratik düşərgə ölkələri və avtoritar ölkələr arasında açıq qarşıdurma müşahidə olunur.

Bir çox ölkələrdə KİV-ə hakimiyyət və ya oliqarxlar nəzarət edir. İl ərzində bu vəziyyətdə olan ölkələrin sayı artıb. Belə ki, 12 ölkə siyahının qırmızı hissəsindədir - bu, mətbuatı azad olmayan ölkələrdir. Onlar arasında Belarus (153-cü yer), Azərbaycan (154), Rusiya (155) da var. Qeyd edək ki, bir il əvvəl Azərbaycan 166-cı yerdə idi. Ölkənin reytinqdə irəliləməsi heç də mətbuatın vəziyyətinin və ya hakimiyyətin siyasətinin dəyişdiyini göstərmir. Sadəcə olaraq artıq, demək olar ki, boğulacaq heç kim qalmayıb.

Ən pis vəziyyət Şimali Koreyada (180-ci yer), Eritreyada (179-cu yer), İranda (178), Türkmənistanda (177) və Çindədir (176).

RSF ekspertləri azadlıq səviyyəsini müəyyən edərkən hər bir ölkədə siyasi, iqtisadi amilləri, qanunvericilik amillərini və digər amilləri, habelə hökumətlərin siyasətini nəzərə alıblar.

Bu mənada başda Norveç olmaqla, Skandinaviya ölkələri yenə ən azad ölkələrdir. Estoniya (4-cü yer) və Litva (9) ən azad ölkələr onluğuna daxil olub.

Avropa qitəsində Yunanıstan Bolqarıstanı sıxışdıraraq (91-ci yer) sonuncu yeri tutub (108). Bu təkamül və disparitet üç əsas təmayülü əks etdirir: birincisi, Avropa İttifaqında jurnalistlər yenə öldürülür: Yunanıstanda Qiorqos Karaivaz və Niderlandda Piter R.de Fris tamamilə mafiaya xas üslubla soyuqqanlılıqla güllələnib. Maltada (78-ci yer) Dafna Karuana Qalitsiyanın və Slovakiyada (27) Yan Kutsyakın qətlində təqsirli olanlar indiyədək mühakimə olunmayıb.

Avropanın şərqində insan faciələrindən başqa, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin mətbuat azadlığı üçün məhvedici nəticələri var. Rusiyanın 24 fevral 2022-ci ildə başlayan təcavüzünün ilk ayı ərzində ən az beş jurnalist və KİV işçisi atışma nəticəsində həlak olub. Rus ordusu işğal edilmiş ərazilərdə məqsədyönlü şəkildə xəbər mənbələrini hədəf alıb və yerli KİV-ləri əməkdaşlığa cəlb etməyə çalışıb. Rusiyanın özündə hökumət informasiya üzərində total nəzarət qurub, genişmiqyaslı hərbi senzura tətbiq edib, KİV-ləri bloklayıb və bəzi jurnalistləri təqib edərək, onları kütləvi mühacirətə məcbur edib.

Qafqaz ölkələrində bəzən KİV-in məqalələri hakimiyyətin narazılığına səbəb olduqda, bu KİV-lər Rusiya tənzimləyiciləri tərəfindən bloklanır. Orta Asiyada isə yerli hakimiyyətlər münaqişənin işqılandırılmasında daha "bitərəf" davranmaları üçün KİV-lərə təzyiq göstərir.

Türkiyədə super prezident sistemi və Recep Tayyip Erdoğanın avtoritarizmi mətbuat azadlığının inkar edilməsi və məhkəmə sisteminə müdaxilə ilə müşaiyət olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz