Rusiyadan Ermənistandakı etirazlar və Azərbaycanla sülh sazişi haqqında AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 6-05-2022, 16:12


“Ermənistanda etirazlar Ermənistanın daxili işidir, biz müttəfiq respublikanın sabit, dinc və təhlükəsiz inkişafında maraqlıyıq. Hesab edirik ki, bütün daxili siyasi məsələlər yalnız hüquqi və konstitusiya çərçivəsində, müvafiq demokratik prosedurlar çərçivəsində həll olunmalıdır".

Civilazerbaijan.com
bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bugünkü brifinqdə bildirib.


Aleksey Zaytsev

“Hazırki hadisələrin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesilə əlaqələndirilməsinə gəlincə, başa düşdüyümüz kimi, söhbət müxalifətin əldə olunmuş üçtərəfli razılaşmalara münasibətindən yox, Ermənistan rəhbərliyinin bu və ya digər bəyanatlarını qavramasından gedir.

Biz ilk növbədə, 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi, həmçinin Yerevanla Bakı arasında sülh sazişinin bağlanması ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal yardım göstərməyə sadiqik", - Alekseyev söyləyib, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz