Cavid Qurbanov işçilərin maaşını 150 manat kəsir - ETİRAZ AKSİYASI
Tarix: 16-05-2022, 15:50
"Azərbaycan Dəmir Yolları” QSC-nin işçiləri etiraz aksiyası keçirib. Bildirilir ki, "Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.
Civilazerbaijan.com bildirir ki, "Unikal"ın xəbərinə görə, Bələdçilər ehtiyatı idarəsinin rəisi İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.
O bildirib ki, növbəti aydan onların əmək haqlarının 1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar.
İ.Hüseynov diqqətə çatdırıb ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq.
Hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq etirazlarını bildirirlər.
"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib.
"Azərbaycan Dəmir Yolları” QSC iddialarla bağlı ətraflı münasibət öyrənmək mümkan olmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər