Ermənistan ordusu Qarabağdan çıxarılır, amma...

Xəbərin çap versiyası
Tarix: 19-07-2022, 12:34


"Müharibə vaxtı Dağlıq Qarabağa yeridilən silahlı qüvvələrin bölmələri Ermənistana qayıdır".

Civilazerbaijan.com
bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 19-da "Armenpress" portalına müsahibəsində deyib.

Qriqoryanın sözlərinə görə, Dağlıq Qarabağda Ermənistandan çağırışçı olmayacaq, amma həm də əlavə edib ki, "DQR" çağırışçıları hərbi qulluğa çağırmaqda davam edəcək.

"Müharibə vaxtı Ermənistan Respublikası Silahlı Qüvvələrinin bir sıra bölmələri "Dağlıq Qarabağın Müdafiə Ordusu"nun köməyinə gəldi. Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin Dağlıq Qarabağa yerləşdirilməsindən sonra Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin Dağlıq Qarabağdan çıxarılması tamamilə təbiidir", - deyə o bildirib.

Toplum TV-nin məlumatında qeyd olunur ki, Qriqoryan bölgədə təhlükəsizliyi "Dağlıq Qarabağ Müdafiə Ordusu"nun təmin etdiyini, bu sahədə heç nəyin dəyişmədiyini vurğulayıb.

"Amma qeyd etmək lazımdır ki, Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa yerləşdirilməsi təhlükəsizliyin təminatı olmalıdır", - deyə o sözlərinə əlavə edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz