ABŞ-dan Rusiyaya görə Türkiyə və Azərbaycan daxil olmaqla Cənubi Qafqaz ölkələrinə XƏBƏRDARLIQ

Xəbərin çap versiyası
Tarix: 23-08-2022, 14:04


Biden administrasiyası Rusiyaya qarşı sanksiyaların effektiv olması və mövcud boşluqları aradan qaldırmaq üçün addımlar atdığını açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, şənbə günü ABŞ-ın Maliyyə Nazirliyi Türkiyəyə xəbərdarlıq edib.

Bildirib ki, Rusiya qurumları və şəxsləri Ukraynaya qarşı müharibə ilə əlaqədar Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün ölkədən istifadə etməyə çalışırlar.

Dövlət Departamentinin sözçüsü Ned Prays isə bazar ertəsi brifinqdə deyib: “Yüksək rütbəli ABŞ rəsmiləri mövcud sanksiyalar rejimini saxlamaq, boşluqları aradan qaldırmaq və Rusiyaya qarşı potensial hədəfləri müəyyən etmək üçün dünya üzrə həmkarları ilə müntəzəm əlaqə saxlayırlar”.

O, Vaşinqtonun Azərbaycan, Gürcüstan və Ermənistanı da Rusiyanın fiziki və hüquqi şəxslərinin sanksiyalardan yan keçməsinə imkan verməməyə çağırdığını təsdiqləyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz