Azərbaycan ordusu Laçına daxil olub

Xəbərin çap versiyası
Tarix: 26-08-2022, 12:57


"Azərbaycan ordusu Laçına daxil olub, Zabux və Sus kəndlərini nəzarətə götürüb".

Civilazerbaijan.com
bildirir ki, bu barədə bu gün səhər prezident İlham Əliyev bildirib

“Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtdıq. Azərbaycan ordusu Laçına yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan”, - İlham Əliyev özünün Twitter mikrobloqunda yazıb.

Qeyd edək ki, 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu qismən) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma 5 kilometrlik bu dəhliz Laçın şəhərinə və bu rayonun Zabux, Sus kəndlərinə düşdüyündən onlara Azərbaycan nəzarət etmirdi.

Bununla belə, Azərbaycan, üçtərəfli sazişə əsasən, Laçın şəhərindən yan keçən əvvəlki dəhlizə alternativ yol çəkib. Həmin yolun gələn həftə istifadəyə veriləcəyi gözlənir. Bu yol da Ermənistanla Azərbaycanın Xankəndi şəhərini birləşdirəcək. Bir müddət öncə yolun Azərbaycan tərəfinə düşən hissəsinin tam hazır olduğu bildirilmişdi. Yolun Ermənistan tərəfinə düşən hissəsində isə inşa işlərinin davam etdiyi açıqlanıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz