AŞPA Azərbaycanla bağlı yeni məruzəçi təyin etdi

Xəbərin çap versiyası
Tarix: 12-10-2022, 14:30


Oktyabrın 11-də AŞPA-nın Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusu müzakirə edilib.

Civilazerbaijan.com
bildirir ki, Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyalı deputat Hanna Bardelli məruzəçi təyin edib.

Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlərlə bağlı AŞPA-nın bir qrup deputatı yay sessiyasında qətnamə layihənisinin hazırlanmasına çağırmışdılar, Turanın məlumatında qeyd olunur.

Deputat Hanna Bardell növbəti iki il ərzində bu məsələni araşdıraraq AŞPA üçün ətraflı hesabat hazırlamalıdır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz