Alen Simonyan: Sülh sazişində Qarabağ haqqında qeyd olmamalıdır

Xəbərin çap versiyası
Tarix: 14-10-2022, 19:17


Ermənistan və Azərbaycan arasında gələcək sülh sazişində Qarabağın Azərbaycanın tərkibində olmayacağı haqqında qeyd olmamalıdır.

Civilzerbaijan.com
bildirir ki, bu fikri cümə günü Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağın nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə söyləyib.

O, bu zərurəti "Ermənistanın Azərbaycana qarşı heç vaxt belə ərazi iddialarının olmaması və ərazilər haqqında qeydin yalnız bağlanması ehtimalı olan müqaviləni çətinləşdirəcək və bəlkə də qeyri-mümkün edəcək. Mənim şəxsi fikrim budur ki, bunu etmək lazım deyil", deyə Simonyan bildirib.

Turanın xəbərində qeyd olunur ki, o, Qarabağa nə olacağı barədə suala cavabda deyib ki, Yerevan Qarabağa "bütün müzakirələrdə müstəqil şəkildə iştirak etməyi" təklif edir.

Onun sözlərinə görə, "Azərbaycan Qarabağ hakimiyyəti ilə daim birbaşa əlaqələr saxlayır. Hətta Qarabağ hakimiyyətinin bizdən daha çox məlumatlı olduğu hallar var", deyə Simonyan bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz