İlham Əliyevlə İbrahim Rəisinin Astanada mübahisə etdiyi bildirilir

Xəbərin çap versiyası
Tarix: 19-10-2022, 21:08


Livanın “kataeb.org” portalı İranın şimal-qərb sərhədlərində keçirdiyi hərbi təlimlərdən yazıb. Məqalədə İran və Azərbaycan prezidentləri arasında Astanada keçirilən görüşün təfərrüatları da yer alıb.

Civilazerbaijan.com
bildirir ki, nəşr yazıb ki, İbrahim Rəisi ilə İlham Əliyev arasında görüş dostluq şəraitində keçməyib, əksinə, iki lider arasında mübahisə olub.

Mübahisə Əliyevin İran qüvvələrinin Azərbaycanla sərhəddə cəmləşməsini tənqid etməsindən və bunu Bakının təhlükəsizliyinə təhdid adlandırmasından sonra yaranıb.

Rəisi qüvvələrin əraziyə əyləncə və ya təlim üçün deyil, təhlükəsizlik və sabitliyin yaradılması, İranla Ermənistan arasında sərhədin dəyişdirilməsi və ya kəsilməsinə yönəlmiş istənilən plana qarşı mübarizə üçün göndərildiyini bildirib. Əliyev isə buna kəskin reaksiya verib.

Əliyev Rəisini Azərbaycanla qarşıdurma yaratmaq üçün Ermənistanı silahlandırmaqda və hərbi yardım göstərməkdə ittiham edib. Rəisi bu ittihamları təkzib edərək Əliyevi “sionistlər”ə tabe olmaqda ittiham edib. İran dövlət başçısı İsrail müdafiə nazirinin Bakıya səfərini də tənqid edib.

O da qeyd olunub ki, Rəisi Əliyevi İrandakı etirazlar fonunda bu ölkədə yaşayan türkləri dəstəkləməkdə və media vasitəsilə onlara dəstək olmaqda ittiham edib.

Meydan TV-nin məlumatında qeyd olunur ki, Azərbaycanın rəsmi mediası Əliyevlə Rəisinin görüşü barədə məlumat versə də, sözügedən dialoqla bağlı heç nə yazmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz