Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq - MÜZAKİRƏ

Xəbərin çap versiyası
Tarix: 12-11-2022, 16:48


Noyabrın 12-də Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı hərbi attaşesi Kayl Metyu Koun ilə görüşüb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda qeyd olunur ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz