Azərbaycan İsraildə səfirlik, Fələstində nümayəndəlik açır

Xəbərin çap versiyası
Tarix: 18-11-2022, 12:55


Azərbaycanın İsraildə səfirliyi açılacaq.

Civilazerbaijan.com
bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Azərbaycan həmçinin Fələstində diplomatik nümayəndəlik açacaq. Milli Məclisin bu günkü iclasında deputatlar "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edəcəklər.

“İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük. Xüsusilə indi dost ölkə ilə, o ölkə ki, 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərib, Azərbaycanın haqq səsinə səs verib, bu ölkə ilə əlaqələri genişləndirməliiyk”.

Ölkə KİV-i xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

Deputat bildirib ki, bu gün İsrailin Tel-Əviv şəhərində səfirliyin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib: “Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək, yeni müstəviyə keçir. Xalqlarımız arasında əlaqələr daha da inkişaf edəcək”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz