Milyarder Fərhad Əhmədovla bağlı mətbuat katibindən AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 19-11-2022, 14:51


Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədov barəsində Azərbaycanda hər hansı cinayət təqibi yoxdur.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan Agentliyinə milyarderin mətbuat katibi Müşviq Əlizahid Əhmədovun villasında və müəssisələrində axtarış aparılması və hətta onun saxlanılması haqqında KİV-də yayılan məlumatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, yalnız onun Göyçaydakı şəxsi evində axtarış aparılıb, müəssisələrdə yoxlama aparılmayıb.

Əlizahid qeyd edib ki, axtarış zamanı heç nə müsadirə olunmayıb. Görünür, bir anlaşılmazlıq baş verib, hər şeyə aydınlıq gətirilib, məsələ bağlanıb, deyə Əlizahid bildirib.

Əhmədovun saxlanılması haqqında məlumat həqiqətə uyğun deyil, o, Azərbaycandadır və öz işləri ilə məşğul olmağa davam edir, deyə milyarderin mətbuat katibi əlavə edib.

Fərhad Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Azərbaycanın Göyçay rayonunda nar şirəsi istehsal edən böyük zavodu var.

Əhmədov Rusiyanın Ukraynadakı hərbi kampaniyası fonunda ABŞ hökumətinin və Aİ-nin sanksiyalarına məruz qalıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz