Laçın dəhlizinin blokadası davam edir - VİDEO
Tarix: 13-12-2022, 13:17
Azərbaycan vətəndaş cəmiyyətinin yüzə yaxın fəalı ötən gecə boyunca Şuşa yaxınlığındakı yolda dayanaraq Xankəndi-Laçın yolunu bağlayıb.
Civilazerbaijan.com bildirir ki, etiraz aksiyası gecə boyunca davam edib və iştirakçılar bir-birini əvəz ediblər. Hər hansı asayiş pozuntusu qeydə alınmayıb.
Onlar dekabrın 13-ü səhər saatlarından etibarən şüarlar səsləndirərək, sülhməramlıların komandanı general Volkovun onların qarşısına çıxmasını tələb ediblər.
Xatırladaq ki, aksiya iştirakçıları Azərbaycan dövlət orqanlarının nümayəndələrinin Qarabağ ermənilərinin qanunsuz olaraq istismar etdiyi faydalı qazıntı mənbələrinə buraxılmamasına etiraz edirlər. Bu, keçmiş Marlakert rayonundakı qızıl və mis mədənləridir.
Aksiya iştirakçıları bildirirlər ki, Azərbaycan nümayəndələri bu mədənlərdə həyata keçirilən işlərin monitorinqini aparmaq məqsədilə oraya buraxılana qədər yolu boşaltmayacaqlar.
Turanın məlumatında qeyd olunur ki, Rusiya sülhməramlılarının komandanlığı indiyədək heç bir açıqlama verməyib. Rəsmi Bakı da İlham Əliyevin Vladimir Putinlə söhbətindən sonra hər-hansı açıqlama yaymayıb.
Ermənistan tərəfi dünya ictimaiyyətinə "erməniləri soyqırımdan xilas etmək" çağırışı etməklə məşğuldur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər