Gömrük Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Xəbərin çap versiyası
Tarix: 28-12-2022, 14:30


Dövlət Gömrük Komitəsi sədrinin müavinləri Əsgər Abdullayev və İqbal Babayev vəzifələrindən azad edilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 28-də sərəncamlar imzalayıb.

Dövlət başçısının digər sərəncamı Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Natiq Şirinov buna qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindəydi.

Əsgər Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

İqbal Babayev isə 2018-ci ildə komitə sədrinin müavini təyin olunmuşdu.

O, 2000–2008 illərdə Mərkəzi Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz