Baş Prokurorluğun Gömrük Komitəsində xüsusi ƏMƏLİYYATI
Tarix: 26-01-2023, 14:26
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Dövlət Gömrük Komitəsində (DGK) Aksizli Mallar İdarəsində əməliyyat keçirir.
Civilazerbaijan.com bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətinin verdiyi məlumata görə, əməliyyatın nəticələri və yekunları haqqında ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyri-rəsmi məlumatlara görə, saxlanılan gömrükçülər var.
Yanvarın 25-də hakim Yeni Azərbaycan Partiyasından olan deputat Hikmət Babaoğlu korrupsiyanın yayıldığı əsas sahələrdən birinin gömrük sahəsi olduğunu bildirib.
"Burada bəzi məsələlərlə bağlı qarşılıqlı maraqlar korrupsiya və rüşvətxorluq üçün əlverişli zəmin yaradır", deyə deputat bildirib.
* * *
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-leytenant Vəzir Həsənov saxlanılıb.
O, 2022-ci ilin yanvar ayının 1 də general-polkovnik Səfər Mehdiyevin əmri ilə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi təyin edilib. Vəzir Həsənovun adı Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri olan zaman bir sıra qalmaqallarda hallanıb.
Onun həbs olunub-olunmaması aparılacaq istintaq işindən sonra bilinəcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər