Ruben Vardanyan vəzifəsindən azad edilib - RƏSMİ

Xəbərin çap versiyası
Tarix: 23-02-2023, 18:59


Qarabağda separatçı rejimin “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan fevralın 23-də tutduğu vəzifədən azad edilib.

Civilazerbaijan.com
bildirir ki, AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, “Qarabağ prezidenti” Araryik Arutyunyanın bu barədə qərarında Vardanyanın vəzifəsindən azad edilməsinin səbəbləri göstərilmir.

Amma Arutyunyan qeyd edib ki, Vardanyanın bu vəzifəyə təyin olunduğu vaxtdan keçən 4 ay müddətində xarici və daxili situasiya son dərəcə dəyişib.

O, Vardanyana Qarabağ əhalisinin vəziyyəti barədə “beynəlxalq agahlığı” artırdığna və blokada şəraitində bir çox daxili problemləri həll etdiyinə görə təşəkkürünü bildirib.

Keçən həftə Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakilə keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev Qarabağ erməniləri ilə dialoqun keçirilməsi üçün Ruben Vardanyanın Qarabağdan getməsini şərt kimi irəli sürmüşdü.

Arutyunyan deyib ki, o “dövlət naziri” vəzifəsinə “Qarabağın baş prokuroru” təqdim olunan Qurgen Nersisyanın namizədliyini təklif edib.

Arutyunyanın sözlərinə görə, yeni "dövlət nazirinin" koordinasiya sahəsinə güc və xarici işlər qurumları istisna olmaqla, bütün icra hakimiyyəti orqanları daxil olacaq.

Xatırladaq ki, rəsmi Bakı Vardanyanı "Moskvanın elçisi" adlandıraraq, onun Qarabağdan getməsini tələb edirdi.

Dünən Vardanyanın müşaviri bildirib ki, o, vəzifədən getsə belə, Qarabağı tərk etməyəcək

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz