“Bravo”ya basqın edənlərdən biri saxlanılıb, biri öldürülüb - VIDEO

Xəbərin çap versiyası
Tarix: 5-03-2023, 15:03


Bravo hipermarketində silahlı insident törədənlərdən biri polis tərəfindən öldürülüb.

Civilazerbaijan.com
bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri Ruhlan İsmayılov paytaxtın Səbail rayonunda saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib.

Görülən tədbirlərlə o, zərərsizləşdirilib.

Onun sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin saxlanılması ilə bağlı tədbirlər davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir ki, Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Məlumatda deyilir ki, hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz