Atəşkəsin pozulması ilə bağlı açıqlama - RƏSMİ

Xəbərin çap versiyası
Tarix: 6-03-2023, 13:04


Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqelərinin 19 dəfə atəşə tutulduğu bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Ermənistan silahlı qüvvələrinin Daşkəsənin Astaf, Kəlbəcərin Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəyin Göyəlli yaşayış məntəqələrini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutduğunu qeyd edib.

Müdafiə Nazirliyi həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən mövqelərin də atəşə tutulduğu əlavə edib.

Bildirilib ki, Azərbaycan ordusu cavab tədbirləri görüb.

Meydan TV-nin məlumatında qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edib və dezinformasiya adlandırıb.

Martın 5-də səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda atəşkəsin pozulması nəticəsində Azırbaycan ordusunun 2 hərbçisi, Ermənistan tərəfdən isə 3 nəfər həyatlarını itirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz