Bir neçə hakim yüksəklik nəzarətə götürülüb - MÜDAFİƏ NAZİRLİYİ

Xəbərin çap versiyası
Tarix: 30-03-2023, 12:03


"Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb".

Civilazerbaijan.com
bildirir ki, bu barədə martın 30-da Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, martın 28-də Prezident İlham Əliyev də Azərbaycanın tutduğu yeni mövqelər barədə açıqlama vermişdi.

"Bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq", - İlham Əliyev martın 28-də Məsim Məmmədovu Laçın rayonunda xüsusi nümayəndə təyin olunması ilə əlaqədar qəbul etdiyi zaman demişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz