Aleksey Overçuk: Regionda nəqliyyat əlaqələrinin açılması dəmir yolunun bərpası ilə başlayacaq

Xəbərin çap versiyası
Tarix: 19-06-2023, 13:10


Regionda nəqliyyat əlaqələrinin açılması Yerasx-Culfa-Mehri-Horadiz marşrutu ilə keçəcək dəmir yolunun bərpa edilməsi ilə başlayacaq.

Civilazerbaijan.com
bildirir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk söyləyib.

"Biz üçtərəfli işçi qrup formatında Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının baş nazir müavinlərinin görüşünü keçirdik. Nəticədə kompleks sənəd tərtib edildi. Sənəddə qeyd edilir ki, regionda nəqliyyat əlaqələrinin açılması Yerasx-Culfa-Mehri-Horadiz marşrutu ilə keçəcək dəmir yolunun bərpası ilə başlayacaq. Tərəflərin suverenliyinə hörmətdən irəli gələrək, sənəddə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhədin keçilməsi qaydasına yanaşmanın əsasları müəyyən edilir. Heç bir tərəf bu yolun ayrı-ayrı hissələrinin ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacağına şübhə etmir. Beləliklə, bu yolla bağlı Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq ediləcək", deyə Overçuk TASS agentliyinə müsahibəsində bildirib.

Azərbaycan və Ermənistan arasında sülhün alternativi yoxdur "və sülhə nail olmağın ən yaxşı yolu insanlar üçün dinc şəkildə əməkdaşlıq etmək, insanların və yüklərin keçəcəyi ortaq yol çəkmək imkanı yaratmaqdır, normal həyat, ticarət başlayacaq və tədricən köhnə incikliklər ikinci plana keçəcək".

"Ən böyük problem etimaddır. Məhz buna görə danışıqlar yavaş irəliləyir. Son nəticədə yoldan adi insanlar - azərbaycanlılar, ermənilər, digər ölkələrin vətəndaşları gedəcək. Onlar sərhədi keçərkən bir-biri ilə necə davranacaq, digər dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin ediləcək? Bu gün bu, əsas sualdır, biz bu suala elə cavab vermək istəyirik ki, digər ölkənin ərazisində bu insanların başına pis heç nə gəlməyəcəyindən əmin olaq. Və əlbəttə ki, biz hamımız hazırda sərhəddə baş verənlərin təsiri altındayıq. Atəşkəs olsa, həll tapmaq daha asan olardı", deyə Overçuk bildirib.

Onun sözlərinə görə, sənədin layihəsi hazırlanıb və demək olar ki, razılaşdırılıb, "baxmayaraq ki, adi azərbaycanlıların və adi ermənilərin sərhədin adi keçilməsi zamanı bir-biri ilə necə davranacağı məsələsi üzərində hələ işləmək lazımdır".

Turanın məlumatında qeyd olunur ki, yolun nə zaman açılacağı haqqında suala o, belə cavab verib:

"Hələlik heç kim bu suala müəyyən cavab verməyəcək. Razılıq əldə etdiyimiz və müvafiq sənədə imza atıldığı zaman. Onda sovet dövründə mövcud olan və həm ermənilərin, həm də azərbaycanlıların istifadə etdiyi bu dəmir yolunun bərpasına başlamaq haqqında danışmaq olacaq".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz